• $
  • €
  • ₽
  • ₺
  • £

Zərərçəkmiş: “Ata Abdullayev məndən şantajla10 min manat istədi”

Zərərçəkmiş: “Ata Abdullayev məndən şantajla10 min manat istədi”
19.10.2021 14:45
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report" xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və "Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq "iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.
Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.
A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.
Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.

A.Abdullayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib.

Daha sonra zərərçəkmiş qismində Elmar Əliyev dindirilib. O bildirib ki, A.Abdullayev sosial şəbəkələrdə onun haqqında yalan və əsassız rüsvayedici faktlar paylaşıb: "Biznes şərikim Tural Heydərli ilə problemim yaranmışdı. Tural Ata Abdullayevə yığıb mənim haqqımda ittihamlar səsləndirib. Bundan sonra Ata Abdullayevlə aramda 3 dəfə telefon danışığı olub. O, məni dövlətin malını mənimsəmədə, Bakı Şəhər Halqasında işlədiyim müddətdə mebel və soyuducuları satmaqda ittiham etdi”.

Zərərçəkmişin sözlərinə görə, A.Abdullayev ondan 10 min manat, daha sonra "iPhone 11 Pro Max” istəyib: "Daha sonra 10 min manatı telefonla əvəzlədik. Dostuma 2 400 manat pulu verdim ki, həmin telefonu alsın. Dostum da telefonu aldı”.
A.Abdullayev isə zərəçəkmişin dedikləri ilə razı olmadığını söyləyib.
Vəkilin suallarına cavab verən zərərçəkmiş deyib ki, A.Abdullayev onu biznes şərikini döyməkdə də ittiham edib.
Növbəti məhkəmə prosesi oktyabrın 26-na təyin edilib.
A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol