• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda maaşlar haqqında – AÇIQLAMA

Azərbaycanda maaşlar haqqında – AÇIQLAMA
14.05.2014 14:08

Orta aylıq nominal maaş 434,3 manata çatıb.

2014-cü il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,4 min nəfər olub, onlardan 900,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,9 faizi sənayedə, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,0 faizi tikintidə, 5,1 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,1 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2014-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 434,3 manat olub.

Bundan əlavə, DSK 2014-cü ilin I rübündə nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əməkhaqqı barədə məlumat verib.

Məlumata görə, nəqliyyat müəssisələrində işləyən 75,1 min muzdlu işçinin 72,4 faizi dövlət müəssisələrində, 27,6 faizi özəl bölmədə çalışıb. İşçilərin 51,9 faizi yerüstü və boru kəməri, 12,2 faizi su, 15,7 faizi hava nəqliyyatı, 20,2 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

2013-cü ilin yanvar-mart ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əməkhaqqı 2,1 faiz artaraq 532,3 manat olub, bu göstərici hava nəqliyyatında 782,5 manat, dəniz nəqliyyatında 707,9 manat, metro nəqliyyatında 606,0 manat, avtomobil nəqliyyatında 530,4 manat, dəmir yolu nəqliyyatında isə 242,3 manat təşkil edib. 

Əməkhaqqı metro nəqliyyatında 14,9 faiz, avtomobil nəqliyyatında 8,1 faiz, dəniz nəqliyyatında isə 5,2 faiz artıb. 

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,0 min nəfər, bir işçinin orta aylıq əməkhaqqı isə 8,4 faiz artaraq 694,7 manat olub.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol