• $
  • €
  • ₽
  • ₺
  • £

BNA-dan bu sərnişindaşıma şirkətlərinə - XƏBƏRDARLIQ

BNA-dan bu sərnişindaşıma şirkətlərinə - XƏBƏRDARLIQ
21.10.2021 12:29
Nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi Bakı Nəqliyyat Agentliyinin (BNA) önəm verdiyi məsələlərdən biridir. Əsasən də Agentliyin sosial şəbəkələrdəki rəsmi hesablarına daxil olan müraciətlərə xüsusi həssaslıqla yanaşılır, araşdırma tələb edən müraciətlər müvafiq şöbələrə yönləndirilir.
 

Bu barədə BNA-dan bildirilib. Aparılan statistik araşdırmalar zamanı vətəndaşlar tərəfindən ən çox şikayət olunan marşrut xətləri müəyyən edilib. Belə ki, təhlillərə əsasən:

- 40-202 daşıyıcı şirkət "Çinar-Trans” MMC;
- 44-daşıyıcı şirkət "Şidili” MMC;
- 77-daşıyıcı fiziki şəxs Malik Orucov;
- 119-135 daşıyıcı şirkət "Faiqoğlu”;
- 149-164 daşıyıcı şirkət "BMH” MMC;
- 163 daşıyıcı şirkət "Grand-Bus” MMC;
- 214 daşıyıcı şirkət "Ayşən-LTD” MMC-nin
müntəzəm marşrut xətləri üzrə şikayətlərin daha çox olduğu müəyyən edilib. Ümumilikdə, qeyd olunan marşrutlarla bağlı Agentliyin rəsmi sosial media hesablarına son vaxtlar 800-ə yaxın müraciət daxil olub.

Daxil olan şikayətlərə əsasən, monitorinqlər aparılıb. Marşrut üzrə köhnəlmiş, oturacaqları yırtılmış, dəmir detalları korroziyaya uğramış, texniki cəhətdən nasaz və natəmiz olan avtobusların istismarda olduğu müşahidə edilib. Eyni zamanda sürücülər tərəfindən normadan artıq sərnişin götürülərək açıq qapılarla hərəkət etməsi, avtobusda sərnişinlərin olmasına baxmayaraq, sürücülərin sükan arxasında siqaret çəkməsi, sürücülərin sərnişinlərlə kobud davranması və digər sərnişindaşıma və yol hərəkəti qaydalarının pozulması halları aşkar edilib.

Daşıyıcılara yazılı və şifahi şəkildə dəfələrlə xəbərdarlıq olunsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib. Qeyd edək ki, sözügedən müntəzəm marşrutların müvəqqəti istismarçılarına 1 ay müddətində fəaliyyətlərinin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması ilə bağlı son xəbərdarlıq edilib. Göstərilən müddətdə bu istiqamətdə hər hansı dəyişiklik həyata keçirilməzsə, daşıyıcı şirkətlərin

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol