Jurnalistin döyülməsi ilə bağlı həbs olunanlar var – DİN

"Fərahim İlqaroğlunun döyülməsi ilə əlaqədar həbs olunanlar var. Lakin istintaqın gedişinə müdaxilə etməmək üçün bu barədə ətraflı məlumat verə bilmirik. Onu da bilin ki, məsələ DIN-in tam nəzarətindədir".
Bunu Aktual.az-a Daxili işlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə "Yeni Müsavat" qəzetinin jurnalisti Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı aparılan istintaq ətrafında yaranan narahatlığı şərh edərkən deyib.
Xatırladaq ki, Aznews.az-ın verdiyi məlumata görə, Fərahim İlqaroğunun döyülməsində sifarişçi kimi adı hallanan, lakin istintaqa cəlb olunmadığına görə zərərçəkən tərəfin narazılığına səbəb olan Tural Bayramov Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
ANN.Az
Son xəbərlər 
Daha çox 























