• $
  • €
  • ₽
  • ₺
  • £

Xoca ilə tarixi görüş

Xoca ilə tarixi görüş
29.10.2021 10:38
Onunla tanışlığım 2011-ci ilin aprel ayına təsadüf edir. Belə ki, Ankarada müalicə olunduğum dönəmdə alim dostlarım məni darıxmayım deyə, - müxtəlif tədbirlərə dəvət edirdilər. Qazi Universitetinin professoru Selma Yel arzuladığım Türk Tarix Kurumunda təşkil olunmuş "Türkiyə-Rusiya tarixi əlaqələri” mövzusunda keçirilən konfransa dəvət etmişdi. Konfrans ərəfəsində bir çox tanınmış elm adamları ilə tanış oldum. Türk Tarix Kurumunun azərbaycanlı təmsilçisi professor Süleyman Əliyarlının qurumun yüksək ödülünü alması da elə o dövrə təsadüf edirdi. Ümumi tanışlıq  Türk Dil Kurumuna getməyimə də yol açdı. 

Dəvət olunduğum növbəti tədbir Ankara Universitetinin "Dil, tarix, coğrafiya” fakültəsinin yubiley mərasimi idi. Hələ Bakı Slavyan Universitetində tanış olduğum Ankara Universitetinin rektoru ilə görüşdə hal-əhval tutduqdan bir qədər sonra müəllim və tələbələrin müşayiəti ilə universitetin salonuna daxil olan şəxsin kimliyi məni maraqlandırdı. Salonda əyləşənlər ayağa qalxaraq ehtiram olaraq alqışlarla onu fəxri kürsüyə dəvət etdilər. 
Çəhrayı rəngdə gül-çüçəklə bəzədilmiş masa arxasında əyləşən elm adamı aramla Türkiyənin tarixi məqamlarına toxunaraq salondakıların diqqətini özünə cəlb etmişdi.  

Səbrim tükəndiyindən yanımda əyləşən Türk Tarix Kurumunun başkan yardımçısından adamın kimliyini soruşdum. O isə sakitcə: "Sonra. Diqqətlə qulaq as” – dedi. 

Elm adamı öz əhatəli çıxışı ilə hər kəsi valeh etmişdi. Onun Ege dənizi, Kara dəniz, Qafqazlar, Kazaklarla bağlı toxunduğu müxtəlif mövzular türk dünyasının coğrafiyasını əhatə edirdi. 

Belə ki, onun akademik çıxışının diqqətimi cəlb edən  ən önəmli anlarından biri də Çanaqqala döyüşü ilə bağlı hissəsi oldu.  Çanakkalanı "Kilit Kala” adlandırması məni xeyli təsirləndirdi.  Əslən Göyçə mahalından olan babamın da "Kilit” söyləməsi yadıma düşdü.  

Bundan sonra o, məzunu olduğu "Dil, tarix, coğrafiya” fakültəsinin Mustafa Kamal Atatürkün təşəbbüsü ilə yaradılmasından söhbət açdı.  
Sonda özünün xoşbəxtliyini ilk məzunu olduğu fakültənin 31№-li diplomunun  Türkiyə  Cümhuriyyətinin  Başkanı Mustafa Kamal Atatürk tərəfindən ona şəxsən təqdim olunmasını unudulmaz  bir xatirə kimi danışdı. Mərasim sonunda ona universitet tərəfindən yubiley ödülü təqdim olundu. O isə əvəzində "Bu ödüllər məni ruhlandırır, yaşadır”- sözləri ilə təşəkkürünü bildirdi. 

Fəxri kürsüdən aşağı endikdə məni onunla tanış edərək "Azərbaycandan professor Çingiz Abdullayev”- deyərək təqdim etdilər. Mən isə mövzulara toxunaraq "Kilit Kala” sözünü vurğulayıb "Babalarım da böylə söyləyərdilər”- dedim. 

O,  Qarabağ mövzusuna da  toxunaraq "Səbirli olun, zamana ehtiyacı var. Türk dünyasının qüdrətini görəcəklər!” sözləri ilə bizə təsəlli verdi. Sonra isə "Bizim fotrağımızı yapın!” sözlərini söylədi. 

Alqış sədaları ilə salonu tərk edən professorun Xəlil İnalcık olmasını həmkarlarımdan öyrəndim.  

Həqiqətən zaman öz sözünü dedi. Qüdrətli Azərbaycan Ordusu 44 günlük savaşda imza atdığı zəfərlə Türk Dünyasının gücünü, əzəmətini bir daha göstərdi. 
 



Çingiz Abdullayev
Kulturologiya elmləri doktoru, professor


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol