• $
  • €
  • ₽
  • ₺
  • £

"Azəristiliktəchizat bunun öhdəsindən gələ bilmir"- DEPUTAT

"Azəristiliktəchizat bunun öhdəsindən gələ bilmir"- DEPUTAT
29.10.2021 12:03
"Təbii qaz və elektrik enerjisinin qiymətinin artırılması əhalinin sosial həyatına ciddi təsir edib".

Anews.az xəbər verir ki,bunu parlamentin bugünkü iclasında çıxışı zamanı deputat Razı Nurullayev bildirib.

Deputatın sözlərinə görə, qərarın mürəkkəbi qurumamış marketlərdə qiymətlər də artıb:


"Açığı sahibkarların düz edib-etmədiklərini bilmirəm. Amma, bu şəkildə artım məntiqli ola bilməz. Ərzaq məhsulları çox bahalaşıb, belə getsə, müavinətlər 100 faiz də qalxsa yenə də zənbillər dolmayacaq. Mən Prezident İlham Əliyevin pensiya, əməkhaqqı, müavinətlərin gələn ildən artırılması ilə bağlı sərəncamını yüksək qiymətləndirirəm, həssas qruplara qarşı gözəl sərəncam oldu və insanlar bunu alqışlayır.

İndi gəlin baxaq, başqa hansı addımlar ataq ki , əhalinin sosial yükünü azalda bilək. Axı, həm də bu Parlamentin vəzifəsidir.

Birincisi, elektrik enerjisi və təbii qaz sərfiyyatını azaltmaq üçün bütün ölkə boyu mərkəzi istilik sistemi bərpa edilməlidir və görək "Azəristiliktəchizat" bunun öhdəsindən gəlirmi? Xeyr. Bir var bir qazanxana işləyə və min ailəni təmin edə, ya da min ailə min kombi, ceyran peçi işlədə və min dəfə çox qaz sərfiyyatı edə. Aldığı müavinəti də bütövlükdə aparıb qaza, işığa verə. Yeni binalar niyə ancaq kombi ilə qızdırılsın? Qoy dövlət qazanxana tikib iş adamına istiliyi satsın və xaos da aradan qaldırılsın. Fərdi evlər də xaotik və biabırçı vəziyyətdə tikilib. Amma, deyə bilmərik ki, sən də get soyuqdan don. O evlərin biri də rüşvətsiz tikilməyib, vətəndaşın bu məsələdə məsuliyyəti sıfırdır. Onlar üçün də mərkəzi qazanxanalar qurulmasını təklif edirəm ki, sərfiyyatı optimallaşdıraq, həm də enerji daşıyıcılarının qiymətinin artması onların büdcəsinə az təsir etsin.

İkincisi, "Azəristiliktəchizat"ı dəvət edək və sual verək ki, bu onillikdə nə iş görüblər? Mənim onlara ciddi suallarım var və yəqin ki, həmkarlarımın da həmçinin.

Üçüncüsü, təklif edirəm ki, Parlamentdə "hökumət saatı" müəyyənləşdirək və hər həftə bir nazirlik, komitə burada bizim suallarımızı cavablandırsın. Mən əminəm ki, bu məsələlərdə Parlamentin rolu nəinki artırılmalı, həm də mütləq olmasına zərurət yaranıb. Deputatın işi yalnız hazır gələn qanunları müzakirə edib, dəyişiklik etmədən qəbul etmək deyil axı. Biz hər həftə həm komitələr, həm də plenum iclası səviyyəsində hökumətlə təmas etməliyik. Hökumət üzvləri müntəzəm olaraq Parlamentə hesabat verməlidir, hesabatı isə az qala biz veririk"

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol