• $
  • €
  • ₽
  • ₺
  • £

İşğaldan azad edilmiş ərazidə ağacların əkilməsinə başlanılıb

İşğaldan azad edilmiş ərazidə ağacların əkilməsinə başlanılıb
29.10.2021 12:19
"Yaşıl marafon çərçivəsində ərazisində Bakı və Abşeron yarımadası da daxil olmaqla ümumilikdə 400 minə yaxın ağac əkilib və payız-qış mövsümündə daha 800 min ağacın əkilməsi nəzərdə tutulub. Xocahəsən, Müşfiqabad qəsəbəsində, Bakı-Sumqayıt yolunun üzərində, şimal qərb, şimal və cənub istiqamətindəki yolların üzərində və digər ərazilərdə boş sahələrdə ağacların əkilməsi nəzərdə tutulub. Bundan başqa meşə-bərpa işləri həyata keçiriləcək və seyrəkləşmiş ərazilər ağaclarla  bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

O deyib ki, işğaldan azad edilmiş ərazilərdə 100 hektara yaxın sahədə ağac əkilməsi nəzərdə tutulub: 

"32 hektar Zəngilan, 40 hektar Cəbrayıl, 20 hektar türkiyəli qardaşlarımızla salınacaq dostluq parkında, 10 hektar Ağdamda və digər ərazilərdə ağaclar əkiləcək. Nəzərdə tutulmuş ərazinin 60 hektarında bu payız əkin mövsümündə əkiləcək. İşğaldan azad edilmiş ərazilərdə hara giriş imkanımız var, həmin ərazilərdə bu işləri həyata keçiririk”.

V. Kərimov bildirib ki, bütün tinglər nazirliyin ting təsərrüfatlarında yetişdirilib. Meşələrə uyğun növlər seçilir. Abşeronda həmişəyaşıl ağaclar və həmişəyaşıl meyvə ağacları əkilir. 

"Ən böyük ərazi isə Xocahəsəndədir. 100 hektara yaxın ərazidə artıq ağac əkini tamamlanmaqdadır. Həmkar şirkətlərin də dəstəyindən yararlanırıq. 20 oktyabrdan payız əkin mövsümünə start verilib. Gələn həftədən həm nazirliyin, həm İDEA İctimai Birliyinin və digər dost qurumların iştirakı ilə ağaclar əkiləcək. 1 noyabrdan isə Aran rayonlarında əkin işlırinə başlanılacaq. Ümumi planımız 800 min ağacın əkilməsidir”.
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol