Saakaşvilinin ekstradisiyası ilə bağlı Gürcüstan XİN-dən - AÇIQLAMA

Gürcüstan Xarici İşlər Nazirliyi eks-prezident Mixail Saakaşvilinin ekstradisiyası məsələsi ilə bağlı Ukrayna tərəfi ilə danışıqların aparılması barədə məlumatı təkzib edib.
"Biz tam məsuliyyətlə bəyan edirik ki, məsələnin diplomatik yollarla Ukrayna tərəfi ilə müzakirə edilməsi barədə məlumat doğru deyil", - deyə Gürcüstan XİN-in məlumatında bildirilir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























