ABŞ-da 5-11 yaşlı uşaqlara “Pfizer” vurulacaq

ABŞ-ın Qida və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarət idarəsi (FDA) 5-11 yaşlı uşaqlar üçün Pfizer/BioNTech vaksininin təcili istifadəsini təsdiqləyib.
Bildirilir ki, Pfizer / BioNTech vaksini beş yaşdan yuxarı uşaqlara üç həftə ara ilə iki doza vurulmalıdır. Vaksinin dozası 12 yaş və daha yuxarı yeniyetmələr üçün istifadə edilən 30 mikroqramla müqayisədə 10 mikroqram olmalıdır
www.anews.az
























