• $
  • €
  • ₽
  • ₺
  • £

Mingəçevirdə dağıdılan evlər bərpa olunur

Mingəçevirdə dağıdılan evlər bərpa olunur
04.11.2021 23:00
Vətən müharibəsində erməni silahlı terrorçuları tərəfindən Mingəçevirin raket atəşinə tutulması dağılan evlər bərpa olunur.
Ötən il Vətən müharibəsi zamanı ermənilərin Mingəçevir şəhərini ağır artilleriya qurğularından və raket komplekslərindən atəşə tutması nəticəsində raketlərdən biri, Tingçilik sovxozundakı təzə məhlələr adlanan əraziyə düşüb. Raketin partlaması nəticəsində Vüqar Cəfərova məxsus fərdi yaşayış evidə ziyan görüb.

V.Cəfərovun sözlərinə görə, partlayışın baş verdiyi vaxt ailə üzvülərinin hamısı evdə olub. Xoşbəxtlikdən onlara xəsarət dəyməyib. Evinin dağılan hissələri xüsusi komissiyanın aktlaşdırmasından sonra, bərpa edilərək ailəsinə təhvil verilib.

"Keçən il müharibə zamanı ermənilərin atdığı raketin biri, bizim qonşunun həyətinə düşdü. Partlayışdan sonra mənimdə evimə ziyan dəymişdi. Evimin ön tərəfi zədə görmüşdü. Sağ olsun dövlətimiz ki, həmin dəyən ziyanın aradan qaldırılması üçün, mənə köməklik göstərildi. Evim təmir edilib, çox razıyam.”
Ermənilərin Mingəçevirdə SMERC raketiylə dağıtdıqları fərdi yaşayış evləri bərpa edilib.

Ötən il başlayan vətən müharibəsi zamanı ermənilərin cəbhə xəttində uzaq olan şəhər və rayonlarımızıda hədəfə almışdılar. Təmas xəttindən 100 km dən çox bir məsafədə yerləşən Mingəçevir şəhəridə ermənilərin əsas hədəflərində olub. erməni silahlı birləşmələrinin atdığı raketlərdən biri Mingəçevir şəhər ərazisində dinc sakinlərin kompakt məskunlaşdığı təzə məhlələr adlalan yerə düşüb. Raketin partlaması nəticəsində dağılan evlərdən biridə Elşad Kalam oğlu Vəliyevə məxsusdur.
Ev sahibinin "Reporta”un Qrabağ bürosunun verdiyi məlumata görə, raketin partlaması zamanı onun evinin barısı uçub, dam örtüyü isə tamamilə sıradan çıxmışdı. Müharibə zamanı ona dəyən ziyanın aradan qaldırılması üçün aparılan işlər tamamilə başa çatıb. Vətəndaşın evinin dam örtüyü yenilənib, partlayış nəticəsində ziyan dəyən digər hissələri tamamilə bərpa edilib. "Keçən il elə bu vaxtlarıydı. Gecə gəldi raket düşdü, mənə xəbər verdilər ki, evim dağılıb. Səhəri gün gəlib baxdım ki, evin hasarı dağılıb, evin dam örtüyü dağılıb, milləri yerə tökülüb. Evin qapı – pəncərəsi hamısı bərbad gündəydi. Bundan bir neçə gün sonra, gəlib yoxladılar. Evin dağlmasıyla bağlı akt tərtib edilidi. İndisə şükür olsun, Dövlətimizə minnətdaram ki, mənim evimi tam təmir etdilər.”
 Vətən müharibəsi zamanı erməni silahlı terrorçularının təcavüzü nəticəsində Mingəçevir şəhərində 40-dan çox yaşayış evinə ziyan dəyib.
Dövlət başçısının tapşırığına əsasən onlardan 1 yaşayış evi yenidən tikilərək sahibinə təhvil verilib, 41 tikilinin təmir-bərpası yekunlaşdırılıb, digər 2 yaşayış evində isə işlər bitmək üzrədir. Yaxın günlərdə Mingəçevir şəhəri üzrə bütün işlərin yekunlaşdırılması nəzərdə tutulur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol