• $
  • €
  • ₽
  • ₺
  • £

DYP: “Avtoxuliqanlıq nəticəsində 7 maşın qəzaya düşüb”

DYP: “Avtoxuliqanlıq  nəticəsində 7 maşın qəzaya düşüb”
05.11.2021 10:36
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi paytaxt ərazisində baş verən zəncirvari qəza ilə bağlı məlumat yayıb.

İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin verdiyi məlumata görə, hadisə gecə saatlarında metronun "Memar Əcəmi” stansiyasının yaxınlığında qeydə alınıb.

"Hyundai”, "Toyota”, "Renault”, "Mercedes”, "Toyota Prado”, "Hyundai” və "KİA” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərə ciddi maddi ziyan dəyib: "Hadisə avtoxuliqanlıq zəminində qeydə alınıb. Qəza zamanı nəqliyyat vasitələrində olan hərəkət iştirakçılarından birinin diz qapağında xəsarət müəyyən edilib. Əraziyə baxış keçirilib və toplanılmış materiallar Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən ibtidai istintaqın aparılması üçün Nəsimi Rayon Polis İdarəsinə təqdim edilib. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.

İlkin məlumatlara görə, qəzaya "Hyundai” və "Toyota” markalı avtomobillərin sürücülərinin avtoxuliqanlıq etməsi səbəb olub. Hadisə zamanı 7 maşına ziyan dəyib onlardan üçü əzilib, yəni ciddi maddi ziyan dəyib. "Toyota” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Araşdırmanın sonunda yol nəqliyyat hadisəsinə səbəb olan bütün şəxslər məsuliyyətə cəlb ediləcəklər, ictimaiyyətəfə əlavə məlumat veriləcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol