Hərbçinin zorakılığa məruz qalması barədə RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq hərbçinin zorakılığa məruz qalması iddialarına münasibət bildirib.
Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatında deyilir:
Həmin videomüraciətlə əlaqədar bildiririk ki, Rəsul Quliyevin xidmətdə olduğu N saylı hərbi hissədən daxil olmuş materiallar əsasında Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddələri ilə cinayət işi başlanaraq, tabeliyində olan hərbi qulluqçulara qarşı zor tətbiq etməkdə təqsirləndirilən Rəsul Quliyevə qeyd olunan maddələrlə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























