• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan dövlət borclanmasından istifadəni aktivləşdirəcək

Azərbaycan dövlət borclanmasından istifadəni aktivləşdirəcək
05.11.2021 21:30
Azərbaycanda ortamüddətli dövrdə dövlət büdcəsinin gəlir və xərclərinin ahəngdarlığının təmin edilməsi, büdcə qaydası çərçivəsində müəyyən olunmuş meyarların gözlənilməsi, Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyi təmin edəcək səviyyədə qorunması, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin, habelə dövlətin əsas funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dövlət borcuna xidmət və s.) maliyyələşdirilməsi məqsədilə gələn il dövlət borclanmasından daha aktiv istifadə edilməsi nəzərdə tutulur.

Bu, "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, gələn il xarici borc üzrə əsas borc ödənişlərinin bir qisminin istiqrazları yeni cəlb ediləcək borc vəsaitləri hesabına yenidən maliyyələşdirilməsi və sərbəstləşən vəsaitin prioritet hesab olunan digər büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

Bununla belə, qeyd olunan döv ərzində borclanmalar həyata keçirilərkən dövlət borcunun dayanıqlılığının təmin edilməsi, dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyyaclarının ən az xərclə və aşağı risklərlə qarşılanması və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstələnməsi kimi strateji məqsədlər gözlənməlidir.

Gələn ildə dövlət borcu ilə yanaşı, kvazi-dövlət borcunun idarə ediləmsi üzrə də bir sıra tədbirlər görüləcək. Belə ki, dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş maliyyə öhdəliklərinin həcmi və valyuta tərkibi, növbəti illərdə bu maliyyə öhdəliklərinə əsas əsas borcalanlar tərəfindən xidmət edilə bilməməsi şəraitində, dövlət zəmanətin in şərtlərinə uyğun olaraq sözügedən öhdəliklərə xidmətin dövlət tərəfindən həyata keçirilməsi, habelə ölkəınin kredit reytinqinə xələl gətirilməməsi məqsədilə "Dövlət borcu və zəmanəti üzrə öhdəluiklərin Təminat Fondu”nda verilmiş dövlət zəmanətləri çərçivəsində dövlət borcu hesab edilən şərti öhdəliklər məbləğində vəsaitin ehtiyyat kimi formalaşdırılması və səviyyəsinin mütəmadi saxlanılması üçün bərpa edilməsi təmin ediləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol