• $
  • €
  • ₽
  • ₺
  • £

Narkotacir polisdən yayınmaq üçün mütəmadi yer dəyişirmiş - Video

Narkotacir polisdən yayınmaq üçün mütəmadi yer dəyişirmiş - Video
05.11.2021 23:42
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb.

DİN-dən Anews.az-a verilən məlumata görə, Nizami rayonu ərazisində kirayədə yaşayan Rəhman Abdullayevin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.
Təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 12 qram psixotrop maddə olan metamfetamin və 10 qram heroin aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq Rəhman Abdullayevin Sabunçu rayonu Bakıxanov qəsəbəsində kirayələdiyi daha bir mənzildə də narkotik vasitələr saxladığı müəyyən edilib. Həmin ünvana baxış zamanı isə oradan əlavə olaraq ümumi çəkisi 1 kiloqram 255 qram olan  metamfetamin və heroin aşkar edilib.

Araşdırma zamanı müəyyən edilib ki, Rəhman Abdullayevin paytaxt ərazisində mütəmadi olaraq kirayə mənzillər tutaraq orada narkotik vasitələrin satışını həyata keçirib.

O, polislər tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilməməsi üçün paytaxt ərazisində yaşayış ünvanlarını tez-tez dəyişib. Buna baxmayaraq, Rəhman Abdullayevin izinə düşən polislər sonda onu ifşa edə biliblər.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib. Rəhman Abdullayevdən aşkar edilən narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol