• $
  • €
  • ₽
  • ₺
  • £

"Uber"in xalis zərəri III rübdə kəskin artıb

"Uber"in xalis zərəri III rübdə kəskin artıb
08.11.2021 15:00
Bu ilin III rübündə taksi sifarişi və qida çatdırılması xidmətləri göstərən ABŞ-ın "Uber Technologies" şirkətinin xalis zərəri illik ifadədə 2,2 dəfə artaraq 2,42 mlrd. dollar və ya hər səhmə görə 1,28 dollar təşkil edib.

Bu barədə şirkətin açıqlamasında deyilir.
 
2 mlrd. dollarlıq zərər Çinin taksi operatoru "Didi Global Inc"ə yatırılan sərmayələrin itkiləri səbəbindən silinmələrlə bağlıdır. Bununla yanaşı, "Uber"in gəlirliliyinin əsas ölçüsü olan EBITDA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) üzrə göstəricilər nəzərə alınmadan düzəliş edilmiş mənfəət bir ilin eyni dövründəki 625 mln. dollar itki ilə müqayisədə 8 mln. dollar təşkil edib.

"Uber"in proqnozuna görə, cari rübdə düzəliş edilmiş EBITDA 25-75 mln. dollar olacaq, analitiklər bu rəqəmi 104 mln. dollar səviyyəsində olacağını gözləyirlər.

COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin yumşaldılması fonunda şirkətin gəlirləri artıb və gözləntiləri üstələyib. Belə ki, "Uber"in rüblük gəlirləri illik ifadədə 72,6% artaraq 4,85 mlrd. dollara bərabər olub. Şirkətin istifadəçilərinin sayı 40% artaraq 109 milyona, sifarişlərin ümumi həcmi isə 57% artaraq rekord həddə – 23,1 mlrd. dollara çatıb.

"Uber" Rusiya da daxil olmaqla 70 ölkənin 900-dən çox şəhərində xidmət göstərir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol