• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda etiraz aksiyası keçirənlər nəyi bilməlidir?

Azərbaycanda etiraz aksiyası keçirənlər nəyi bilməlidir?
02.12.2021 18:21
Müvafiq İcra Hakimiyyətinin icazəsi olmadan aksiyaların keçirilməsi qadağandır. Bəs, görəsən, qanuni aksiya keçirmək  üçün vətəndaşlar hansı prosedurlardan keçməlidir? 
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev anews.az-a açıqlamasında bildirib ki,  zorakılığa məruz  qalma halları ilə bağlı iddialar ötən il və bu il də daxil olmaqla, bütün müraciətlər istinasız olaraq araşdırılır, heç bir müraciətə etinasız yanaşılmır.  

''Zorakılığa  məruz qalması iddia olunan hər bir şəxs Azərbaycan Respublikasının vətəndaşıdır və hər kəsin qanunla müəyyən olunan hüquq və vəzifələri var. Sadəcə icazəsiz, nəzərdə tutulmayan, sanksiyalaşdırılmayan aksiyalarda  müəyyən neqativ hallar  müşahidə olunur. Həmin hallarla bağlı araşdırmaların aparılması, yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər diqqətdə saxlanılır. Eləcə də kütləvi tədbirləri işıqlandıran jurnalistlər fərqləmə nişanlı "Press” gödəkçələrdən istifadə etmirlər. Bilinmir jurnalistdir, yaxud aksiya iştirakçısıdır. 

Bütün hallarda  Azərbaycan Respublikasının Konstitusiyasıənda qeyd olunub ki, sərbəst toplaşmaq azadlığı müəyyən olunan hüquq normasında vurğulanır ki, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını əvvəlcədən xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. Ancaq bu maddə də vuğulanan müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə gizli, qəfləti aksiyaların keçirilməsinə cəhdlər var. 

İcazə isə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri daxilində olan məsələdir və müraciət əsasında onların verdiyi cavabdan asılı olaraq, aksiya təyin edilə və təxirə salına bilər. Müvafiq cavablar aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilir”, - deyə Hacıyev bildirib.
 
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri  Zahid Oruc anews.az-a açıqlamasında bildirib ki, kütləvi aksiyalın keçirilməsi ilə bağlı sərbəst toplaşmaq azadlığı haqqında qanunvericilik mövcuddur.
 
''İcazə alınmır,  lakin məlumat verilir, mülki və siyasi hüquqlar haqqında qanunda bu qaydalar var.  Hər hansı bir fərd aksiya keçiriləcəyini əvvəlcədən məlumat verməlidir. Mühüm siyasi, hərbi və s. kimi  zamanlarda məsələ bir qədər də həssaslaşır, sanki  sabitliyin pozulması mövqeyi tutur. Biz müşahidə edirik ki, bir sıra qüvvələr bu aksiyaların öz fərdi hüququnun təzahür forması kimi çıxış edirlər. Mən ümid edirəm ki, zamanla bu məsələlər öz həllini tapacaq. Aksiyalar insan hüquq və azadlıqlarının təzahür forması kimi qiymətləndiriləcək", - deyə o əlavə etdi. 
 
Azərbaycan Respublikasının Konstitusiyanın 49-cu maddəsinə əsasən, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı və dövlət qurumuna məlumat verməklə ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ var.
 
Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli Anews.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, icazəli və ya icazəsiz  aksiya keçirmək anlayışı yoxdur. 

"Azərbaycanda siyasi yönümlü toplantıların qarşısı alınır. Faktiki olaraq qanunla müvafiq icra hakimiyyətlərinə nəzərdə tutulan aksiya ilə bağlı xəbərdarlıq edilməlidir.  Aksiya zamanı polislər, icra hakimiyyəti orqanları təhlükəsizlik tədbirləri görməlidirlər. Ancaq praktikada bunun əksinin şahidi oluruq. Hansısa səbəbdən Azərbaycanda aksiyalara icazə verilmir. Nəticədə isə icazəli və icazəsiz aksiyalar anlayışı yaranır'', - deyə  hüquqşünas əlavə edib.

İnsan hüquqları fəalı Anar Məmmədli isə anews.az-a verdiyi açıqlamsında bildirib ki, Azərbaycan Avropa Şurası ölkələri arasında sərbəst toplaşma azadlığının ən çox pozulduğu ölkələr arasındadır.
 
''Ölkədə yaranmış vəziyyəti aradan qaldırmaq üçün ilk növbədə qanunun özündə dəyişikliklər etmək lazımdır və qanunda açıq şəkildə manipulyasiyalara yol verilməməlidir. Qanunda açıq şəkildə göstərməlidir ki, piket və ya böyük nümayişlər necə olmalıdır, vətəndaşlar necə davranmalıdırlar, polisin, icra hakimiyyətinin vəzifəsi nədən ibarətdir və bu kimi məsələlər araşdırılmalıdır.  Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında aksiyanın ən çox keçirildiyi ölkələr Moldova və Ermənistanda vəziyyət daha ürəkaçandır. Orta Asiya ölkələrində isə ciddi şəkildə məhdudiyyətlər var. Azərbaycanın indiki durumunu Rusiya, Orta Asiya ölkələri Belarusla müqayisə etmək olar. Həmin ölkələrdə aksiyalara görə ciddi cərimələr tətbiq olunub'', - deyə Məmmədli söylədi. 

Avropa İnsan Haqları Konvensiyasının 11-ci maddəsinə əsasən, birləşmək azadlığı yalnız spesifik hallar daxilində məhdudlaşdırıla bilər, dövlətin onu icazə almaq şərtinə tabe olaraq birdəfəlik məhdudlaşdırmaq səlahiyyəti yoxdur.

Son dövrlərdə ölkədə, xüsusilə paytaxt Bakıda qadın zorakılıqları, sosial tələblər və Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı etiraz aksiyaları keçirilib.
 
Aytac Zeynalova
 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol