• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 25-ci Beynəlxalq Biznes Forum keçirilir

Bakıda 25-ci Beynəlxalq Biznes Forum keçirilir
15.11.2021 10:07
Bu gün Bakıda 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) işə başlayıb.


3 gün davam edəcək tədbirdə 30-a yaxın ölkədən dövlət rəsmiləri, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və biznes assosiasiyaların nümayəndələri, 500-ə yaxın xarici investor, iş adamı iştirak edir.


IBF-in məqsədi Azərbaycanın investisiya potensialını xarici sərmayədarlara tanıtmaqdır. Forumda Azərbaycan iqtisadiyyatına, o cümlədən sənaye, kənd təsərrüfatı və turizm sahələrinə investisiya qoyuluşu imkanları, Qarabağın investisiya potensialı, dövlət-özəl sektor tərəfdaşlığı (PPP) barədə panellər, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq, əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq.


Tədbir çərçivəsində həmçinin iş adamları Bakıda və regionlarda bir sıra istehsal müəssisələri ilə tanış olacaq, yerli sahibkarlarla əməkdaşlıq imkanlarına və investisiya qoyuluşuna dair müzakirələr aparacaqlar.


IBF-i 1995-ci ildə Müstəqil Sənayeçi İş adamları Dərnəyi (MUSİAD) təsis edib və hər il müxtəlif ölkələrdə keçirilir. Forumun məqsədi ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi, eləcə də post-COVID dövründə ölkələr arasında ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, birgə təşəbbüslərin reallaşdırılmasıdır.


IBF-in Bakıda keçirilməsi ilə bağlı bu ilin iyul ayında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təşkilatçı ilə anlaşma memorandumu imzalayıb. Forum İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə, "Azərbaycan: Asiyanın incisi” şüarı ilə təşkil olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol