Gəncə şəhərinin Kəpəz rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Anews.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, çağırış ünvanına FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Əliyarova Hicran Yaqub qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.www.anews.az