20 yaşlı gənc anasını öldürmək istədi

Şabranda 20 yaşlı oğul anasını öldürməyə cəhd edib.
Noyabrın 13-də 47 yaşlı Gülbahar Xudaverdiyevanın Şabran ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. İkin araşdırmalarla zərərçəkmişin oğlu, 2001-ci il təvəllüdlü Asim Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülbahar Xudaverdiyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
www.anews.az
























