• $
  • €
  • ₽
  • ₺
  • £

Telman İsmayılova qarşı daha bir cinayət işi açıldı

Telman İsmayılova qarşı daha bir cinayət işi açıldı
17.11.2021 20:48
Moskvada iş adamına 185 milyondan çox ziyan vurmaqla qəsdən müflis etməyə görə cinayət işi açılıb.

"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatında deyilir. 
"Noyabrın 16-da Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin müstəntiqi 1956-cı il təvəllüdlü Moskva sakini barəsində Cinayət Məcəlləsinin 196-cı maddəsi ilə ("Qəsdən müflisetmə”) cinayət işi açıb”, - deyə məlumatda qeyd edilir. 

Hüquq-mühafizə orqanlarından "RİA Novosti”yə verilən məlumata görə, cinayət işi açılan şəxs azərbaycanlı iş adamı Telman İsmayılovdur.

İstintaqın məlumatına görə, 2012-ci ilin sentyabrında şirkətlə bank arasında kredit müqaviləsi bağlanıb və bu müqaviləyə əsasən, borcalana 185 milyon dollardan çox vəsait verilib. 2013-cü ilin fevral ayında bankla sahibkar arasında zaminlik müqaviləsi bağlanıb və ona əsasən zamin bank qarşısında tam şəkildə cavab verməyi öhdəsinə götürüb”.

"2013-cü ilin avqust ayında bir şəxs ianə müqavilələri əsasında Moskvada yerləşən iki mənzili nəvəsinə verib, 2015-ci ildə isə Naro-Fominsk və Odintsovo şəhər rayonlarında yerləşən ümumi dəyəri 335 milyon rubl olan 4 torpaq sahəsini və iki yaşayış binasını özgəninkiləşdirib. Beləliklə, haqqında cinayət işi açılan şəxs açıq şəkildə kreditorların pul öhdəlikləri üzrə tələblərini tam təmin edə bilməməsinə səbəb olan şərait yaradıb”, - deyə məlumatda yazılır. 
Qeyd edilir ki, 2017-ci ilin martında bankir məhkəmə tərəfindən müflis elan edilib və ona qarşı əmlakın satışı proseduru tətbiq edilib. Sonradan həmin məhkəmə tərəfindən mənzillərin bağışlanmasına dair müqavilələr, habelə əmlakın özgəninkiləşdirilməsi ilə bağlı əqd etibarsız sayılıb.

Xatırladaq ki, İsmayılov və qardaşı Vaqif beynəlxalq axtarışa verilib. Rusiyada onlar qətldə və qanunsuz silah alverində ittiham olunublar və məhkəmə onları qiyabi həbs edib. İstintaq Telman İsmayılovu iki sahibkarın qətlinin təşkilatçısı hesab edir, cinayəti törədən Mehman Kərimov isə 13 il müddətinə ciddi rejimli koloniyada həbs cəzası alıb. 

T.İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb. Rusiya Baş Prokurorluğu Monteneqronun Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə iş adamına sığınacaq verilməsi qərarının ləğvi üçün müraciət göndərib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol