• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb
23.11.2021 11:06
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
 
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 24 məsələ daxil edilib.
 
İclasda müzakirə olunacaq məsələlər aşağıdakılardır:
 
1. "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).
 
2. "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).
 
3. "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).
 
4. "Azərbaycanda 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (ikinci oxunuş).
 
5. "Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş).
 
6. "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (ikinci oxunuş).
 
7. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).
 
8. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
 
9. "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
 
10. "Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
 
11. "Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
 
12. "İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
 
13. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
 
14. "Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
 
 
15. "Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
 
 
16. Su Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, "Yerin təki haqqında”, "Balıqçılıq haqqında”, "Heyvanlar aləmi haqqında”, "Ətraf mühitin mühafizəsi haqqında”, "Ovçuluq haqqında”, "Daşınmaz əmlakın dövlət reyestri haqqında”, "Baytarlıq haqqında”, "Dərman vasitələri haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Mədəniyyət haqqında”, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
 
17. "Milli Məclis deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
 
18. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
 
19. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
 
20. "Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
 
21. "Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
 
22. Azərbaycanın 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
 
23. Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi.
 
24. Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol