• $
  • €
  • ₽
  • ₺
  • £

DİN piyada və sürücülərə müraciət edib

DİN piyada və sürücülərə müraciət edib
24.11.2021 15:33
Daxili İşlər Nazirliyi (DİN) piyada və sürücülərə müraciət edib.

DİN-dən Anews.az-a daxil olan müraciətdə bildirilir ki, yol-nəqliyyat hadisələri üzrə aparılan təhlillər göstərir ki, cari ilin 10 ayı ərzində respublika ərazisində baş vermiş qəzaların 42, Bakı şəhəri üzrə isə 57 faizini piyadaların vurulması təşkil edir:
"Araşdırmalar deməyə əsas verir ki, belə hallarda bu qəzalarda sürücülərlə yanaşı piyadaların da təqsiri olur. Belə ki, bəzi piyadalar onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş piyada zolaqlarından, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etmirlər. Elə bunun nəticəsidir ki, piyada vurma hadisələrinin çoxu da məhz piyada keçidlərindən kənarda qeydə alınır.

Odur ki göstərilənləri nəzərə alaraq bir daha piyadalara səslənirik:

- küçə və yolları sizin üçün nəzərdə tutulan yerlərdən keçin;
- nizamlanan və ya nizamlanmayan piyada keçidlərindən istifadə edərkən yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra bilib-bilməyəcəyini nəzərə alın;
- məhdudiyyətli görünmə, duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun

- yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın;

- ictimai nəqliyyatı gözləyərkən və ya ona minib-düşərkən ehtiyatlı olun, həmçinin qəflətən avtomobil yoluna çıxmayın;

- yolu keçərkən mobil telefondan, eləcə də ətrafdakı avtomobillərin səsini vaxtında eşitmək üçün qulaqlıqdan istifadə etməyin.

Eyni zamanda, sükan arxasında olan sürücülər də yol hərəkətinin ən müdafiəsiz iştirakçıları sayılan piyadaların təhlükəsizliyi məsələsinə ciddi yanaşmalı, artıq yola çıxmış piyadaya yol verməli, piyadaların yola çıxma ehtimalı olan ərazilərdə, xüsusilə qaranlıq vaxtı və işıqlandırılmayan yollarda daha diqqətli olmalı, təhlükəli situasiyanı düzgün qiymətləndirməyi bacarmalıdırlar. Hər bir sürücü bilməlidir ki, ani diqqətsizlik faciəvi qəzaya səbəb olur".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol