• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov: "Üçtərəfli bəyanatların icrası vacibdir"

Ceyhun Bayramov: "Üçtərəfli bəyanatların icrası vacibdir"
02.12.2021 17:36
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Nazirlər Şurasının Stokholmda təşkil olunan 28-ci iclasında iştirakı çərçivəsində GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşündə iştirak edib.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Gürcüstanın sədrliyi ilə keçirilən görüşdə çıxış edən nazir C.Bayramov, pandemiya şəraitində GUAM üzv ölkələri ilə əməkdaşlıq, müxtəlif istiqamətlərdə GUAM çərçivəsində layihələrin həyata keçirilməsi, habelə müharibə sonrası bölgədə mövcud olan vəziyyət barədə həmkarlarına məlumat verib.

O vurğulayıb ki, GUAM çərçivəsində müxtəlif istiqamətlər, o cümlədən azad ticarət zonası, konsulluq, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi əhəmiyyət kəsb edir:
 
"Azərbaycan, GUAM Nəqliyyat Dəhlizi layihəsinin Şərq ilə Qərb arasında nəqliyyat və ticarətin əsas elementi kimi nəzərdən keçirir və bu layihənin reallaşmasını dəstəkləyir.

GUAM çərçivəsində parlament ölçüsü əməkdaşlığın əhəmiyyətli tərkib hissəsini təşkil edir və üzv ölkələrin parlamentarları arasında əməkdaşlığın genişləndirilməsi önəmlidir.

Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoyulması ilə Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Hazırkı mərhələdə imzalanmış üçtərəfli bəyanatların tam şəkildə icra edilməsi vacibdir. İnanırıq ki, sözügedən bəyanatlara uyğun olaraq nəqliyyat vasitələrinin bərpa edilməsi regionda dayanıqlı sülh və sabitliyin təmin edilməsində müsbət rol oynayacaq və bizim bütün tərəfdaşlarımızın xeyrinə bölgədə ticarət və nəqliyyatı əhəmiyyətli şəkildə artıracaqdır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində geniş miqyaslı bərpa və yenidən qurma işləri həyata keçirilir. Bu işlər nəticəsində azərbaycanlı məcburi köçkünlər öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönəcəklər", - deyə nazir bildirib. 

GUAM üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşünün yekununda birgə Protokol imzalanıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol