• $
  • €
  • ₽
  • ₺
  • £

Rüfət Səfərov Tofiq Yaqublunun döyülməsindən danışıb

Rüfət Səfərov Tofiq Yaqublunun döyülməsindən danışıb
14.12.2021 14:32
"Ötən gün Daxili İşlər Nazirliyində nazir müavini İsmət Əliyev, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini Vüqar Ələkbərov və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla görüşə getmişdik. Gözlənilmədən nazir Vilayət Eyvazov görüşə təşrif buyurdu və 3 saat davam edən görüşümüz oldu”.
 
Bu sözləri müxalif hüquq müdafiəçisi Rüfət Səfərov deyib. O bildirib ki, polis-vətəndaş münasibətləri, polisin aksiyalarda jurnalistlərə, vətəndaşlara davranışı görüşün əsas məsələsi olub.
 
Rüfət Səfərovun sözlərinə görə, görüş zamanı 1 dekabr aksiyasında siyasətçi Tofiq Yaqublunun polis tərəfindən döyülməsi iddialarını da nazirlə müzakirə ediblər:
 
"Vilayət Eyvazov bildirdi ki, aksiyada saxlanılma və maşına mindirilmə zamanı müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti olmadığını dedi. Nazir bildirdi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək.
 
Mən belə başa düşdüm ki, Tofiq bəy polisə aidiyyəti olmayan, qanunsuz dəstə tərəfindən Bakıdan 70-80 km kənara aparılıb, döyülüb. Bildirdik ki, nəyə görə bu hadisə ilə bağlı cinayət işi başlanmır. Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Ondan sonra əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq” (Qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol