• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda neçə uşağa aliment ödənilir? - RƏSMİ

Azərbaycanda neçə uşağa aliment ödənilir? - RƏSMİ
16.12.2021 15:35
Aliment işlərində uşaqların sayı 160 mindən çoxdur. 2009-cu ildə alimentlə bağlı icra sənədlərinin sayı 25 mindən çox idisə, son iki ildə 4 dəfəyə qədər artım olub. Bununla da 99 mindən çox icraatda icra tələbi olub. Son 1,6 ayda 130 milyon manatdan çox aliment tələbkarlara ödənilib, bunu Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova "Aliment və digər borc tələblərinə dair qərarların icrası” mövzusunda keçirilən canlı yayımda deyib.
 
Onun sözlərinə görə, icra xidmətində olan sənədlərin çoxunu aliment borcuna dair sənədlər təşkil edir. Həmçinin, Kəmalə Əhmədova vurğuladı ki, aliment işlərinin icrasında çətinlik törədən nüanslardan biri də borcluların xarici ölkələrdə yaşamasıdır
 
"Sənədlər icraya daxil olduqdan sonra borclunun yaşayış yeri müəyyən olunmadıqda həmin borcluların axtarışları ilə bağlı icra məmurunun qərarı ilə tədbirlər görülür. Təbii ki, ölkə ərazisində polis orqanları tərəfindən axtarışlar aparılır. Lakin polis orqanlarının axtarışı nəticə vermədikdə dövlətlərarası axtarışla bağlı müraciət olunur. Lakin tələbkarlar da bilməlidir ki, xarici dövlətdə yalnız cinayət işləri ilə əlaqədar saxlanılma və təhvil verilmə həyata keçirilir. Mülki işlərlə əlaqədar borcluların saxlanılması, təhvil verilməsi həyata keçirilmir. Dövlətlərarası axtarışa verilsə belə, yalnız həmin dövlətlərin polis orqanları tərəfindən bu şəxslərinin yerinin müəyyən olunması ilə bağlı tədbirlər həyata keçirilir və bizə məlumat verilir. Biz də tələbkara deyirik ki, həmin dövlətin məhkəmələrinə müraciət etsin. Təbii ki, məhkəməyə müraciətdən sonra beynəlxalq əməkdaşlıq vasitəsilə həmin ölkənin ərazisində qərarın icra olunması ilə bağlı tələb verilir”, - deyə o bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol