• $
  • €
  • ₽
  • ₺
  • £

“Choco Art” markası "İZ Women’s Workshop"-da

“Choco Art” markası "İZ Women’s Workshop"-da
16.12.2021 16:05
Bakıda "Choco Art” markasının dəstəyi və "İZ-İnamlı və Zərif" Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə "İZ Women’s Workshop" keçirilib. Tədbir qadın sahibkarları, eləcə də xanımlar üçün  məhsullar istehsal edən şirkətlər  və distribütorları  bir araya gətirib. İştirakçı olan xanım sahibkarlar  tədbir çərçivəsində  təcrübələrini paylaşıb, yeni məlumatlar, yaradıcılıq, yeni ideya axtarışları yönündə geniş fikir mübadiləsi aparıblar. "Choco Art” brendinin baş sponsorluğu ilə keçirilmiş tədbirdə müxtəlif istiqamətlərdən olan (bəzək əşyaları, dizayn, təhsil, kosmetik məhsullar və s.) qadın sahibkarlar iştirak ediblər.  İştirakçılara xanımların cəmiyyətdə çox böyük rol oynadığı və  "İZ Women’s Workshop” layihəsinin də sahibkar xanımlara həmçinin bu fəaliyyətə yeni başlayan zərif cinsin nümayəndələrinə istər əlaqələr qurmaq, istərsə də fikir mübadiləsi aparmaq cəhətdən çox şey qatacağı qeyd olunub.  "Choco Art” markasının da hər zaman qadınların yeniliklərlə ayaqlaşmasında və öz karyeralarını qurmasında dəstək olduğu vurğulanıb. Markanın reklam siması olan sevilən müğənni Samirə Əfəndi tədbirdə çıxış edərək xanımlara uğurlar arzu edib və öz dəstəyini bildirib. Daha sonra xanımlara məhsulun yeni çeşidləri təqdim olunub və onlara özəl hədiyyələr edilib.
Qeyd edək ki, İncə sənət və yüksək peşəkarlıq nümunəsi olan bu markanı digərlərindən fərqləndirən əsas cəhət 100 % təbii kakao yağı və yüksək keyfiyyətli kakao dənindən hazırlanmasıdır.  İlk olaraq bazara piltə çeşidləri ilə daxil olan "Choco Art” daha sonra şokalad yağları və çəkili konfetlər ilə istehlakçıları yeni dad və ləzzətlər ilə sevindirməyə davam edir. Zərgər incəliyi və dəqiqliyi ilə hazırlanan bu şokolad nəfis dadı, zərif ətri ilə əsl şokolad həzzini bəxş edir.
 






 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol