• $
  • €
  • ₽
  • ₺
  • £

Polisə müraciət etməyə utanmayın!

Polisə müraciət etməyə utanmayın!
08.05.2014 15:10
Gündəlik həyatımız ən müxtəlif qanunsuzluqlarla və qanun pozuntuları ilə doludur – evlərin pilləkənlərinin aylarla təmizlənməməsindən tutmuş, böyük məbləğdə rüşvət müqabilində vəzifəyə təyin olunma faktlarına qədər. Biz bütün əyrilikləri düzəltmək gücündə deyilik, amma elə hallar da var ki, əgər həqiqətən də gündəlik yalanla barışmaq istəmiriksə, onda öz sözümüzü deməyi bacarmalıyıq.Çoxumuz belə hesab edirik ki, bizdən heç nə asılı deyil və cəmiyyətimiz qətiyyən düzələn deyil. Sürücülərə Təlim İctimai Birliyinin sədri Fazil Məmmədov isə heç də bu fikirlərlə razılaşmır.O, Daxili İşlər Nazirliyi Baş Polis İdarəsindən aldığı iki rəsmi məktubu mənə göstərdi. Məktublardan birində Məmmədova bildirilir ki, onun müraciətinə baxılmış və nəticədə Bakıda sərişinlərin enmə-düşmə qaydalarını pozmuş sərnişin avtobusunun sürücüsü inzibati qaydada cərimə olunub. Sürücü maşını uyğun olmayan yerlərdə saxlayıb və bununla da arxadan gələn avtomobillərin hərəkətinə mane olub.Nazirlikdən göndərilmiş ikinci məktubda bildirilir ki, Məmmədovun müraciətindən sonra Bakıda taksi fəaliyyəti ilə məşğul olan beş avtomobil tərəfindən qaydaların pozulması halları aşkar edilib, həmin taksi sürücüləri “Azadlıq” prospekti və Nəsimi küçəsinin kəsişməsində yol hərəkəti qaydalarını pozublar. Qaydanı pozanlar barəsində protokollar tərtib edilib və sürücülər inzibati yolla cəzalandırılıblar.Rəsmi məktublarə nazirliyin  idarə rəisi Nuşirəvan Səfərov imzalayıb."Bununla mən göstərmək istəyirəm ki, qanun işləyir, amma bunun üçün əhali də nəsə etməlidir. Adamların rüşvət verərək avtomobilini texniki baxışdan keçirməsindən şikayətlənmək əvəzinə, şəhərdə əks istiqamətdə hərəkət edən avtomobilin farasının kor etməsini videolentə aldırmaq lazımdır. Hətta əgər sizin maşında orta keyfiyyətli videoqeydiyyatçı varsa belə, qayda pozunutusuna yol verən maşının nömrəsini qeydə almaq yetərlidir. Həmin sürücünü cəzalandırmaq üçün isə polisə ərizə ilə müraciət etmək lazımdır.Təsəvvür edin ki, əgər gün ərzində bir maşına beş şikayət gələrsə, onda həmin avtomobilin sahibi 15 manat cərimə ödəməyə məcbur olacaq və öz faralarını nizama salacaq ki, bir daha belə cərimə ödəməsin. Amma əgər avtobuslarla və taksilərlə mübarizəyə başlansa, onun yanında bu xırda məsələlərdir", - F.Məmmədov bildirib.Kamal ƏliANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol