• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi Dəniz Qüvvələrinin daha iki hərbçisi həbs edildi

Hərbi Dəniz Qüvvələrinin daha iki hərbçisi həbs edildi
08.05.2014 13:31
Azərbaycan Hərbi Dəniz Qüvvələrində (HDQ) aşkarlanmış qanun pozuntuları ilə bağlı daha iki hərbçi həbs edilib. Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, HDQ-nin Yanacaq Xidmətinin rəisi, polkovnik-leytenant Kazım Əsgərov və HDQ-nin yanacaqdoldurma məntəqəsinin rəisi, baş miçman Kamandar Paşayev Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, Respublika Hərbi Prokurorluğu bir müddət əvvəl HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol