• $
  • €
  • ₽
  • ₺
  • £

Viktor Orban İlham Əliyevi təbrik etdi

Viktor Orban İlham Əliyevi təbrik etdi
24.12.2021 18:34
Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Anews.az  xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Gənc, lakin qədim tarixə malik bir ölkəni dünyanın ən hörmətli və tanınan ölkələrindən birinə çevirmək müstəsna istedad və qətiyyət tələb edir. Əminəm ki, ölkə Prezidenti kimi Siz Azərbaycan tarixində yeni səhifə açdınız. Çünki fəaliyyətiniz Azərbaycanı yüksəliş yoluna çıxarıb və ölkəniz əldə etdiyi uğurlarla beynəlxalq aləmdə tanınan nüfuz qazanıb.

Strateji tərəfdaşlıqdan başqa Macarıstan Azərbaycanı dost dövlət kimi qəbul edir. Bu müstəvidə mən çox şadam ki, son illər biz iqtisadi, enerji və mədəni sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirməyə nail olmuşuq.

İkitərəfli münasibətlərimizin inkişafına göstərdiyiniz şəxsi sədaqətinizə görə Sizə minnətdaram. Ümid edirəm ki, gələcəkdə də etibarlı dəstəyinizə arxalana bilərəm.

Xahiş edirəm, ailə üzvləriniz, dostlarınız və pərəstişkarlarınızla birlikdə 60 illik yubileyiniz münasibətilə təbriklərimi qəbul edin.
Sizə möhkəm cansağlığı, güc-qüvvət arzulayıram”.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol