• $
  • €
  • ₽
  • ₺
  • £

Mirvari Qəhrəmanlı: “Qızım “erməni işi”nə calanır”

Mirvari Qəhrəmanlı: “Qızım “erməni işi”nə calanır”
08.05.2014 10:18
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı hüquq-mühafizə orqanlarının evində apardığı əməliyyat-axtarış tədbirinə etiraz edib.

O, AzNews.az-a açıqlamasında bildirib ki, qızı, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovaya aid əşyaların yoxlanılması üçün Qara Qarayev 32, mənzil 53 ünvanında yerləşən evində aparılan axtarış zamanı aidiyyatı olmayan sənədlər götürülüb. Hüquq müdafiəçisi deyib ki, axtarışı aparan qurum mənzilin mülkiyyət sənədini də özləri ilə aparıblar: “Bu onların nəyinə lazımdır? Hətta nəvəmə aid kompüter də götürülüb. Baş Prokurorluq maddi sübut kimi bu aidiyyatı olmayan sənədləri hansı istintaqa vermək istəyir? Qızım Mətanət Əzizova “erməni işi”nə calanır. Bu tamamilə əsassızdır. Milli azadlıq hərəkatı dövründə də övladlarım yanımda bu proseslərdə iştirak edib. Mənim yoldaşımın əsli qarabağlıdır - Füzulidəndir və övladlarım da hər zaman ermənilərə nifrət edib. Heç zaman mənim övladlarım vətənə xəyanət etməzlər”.M. Qəhramanlı vurğulayıb ki, hazırda tədbirdə iştirak etmək üçün İndoneziyadadır və mayın 9-da Bakıda olacaq.Xatırladaq ki, Respublika Baş Prokurorluğunun açıqlamasında bildirilib ki, hüquqi qeydiyyat keçməyən Qadın Krizis Mərkəzi adlı Qeyri-Hökümət Təşkilatının rəhbəri Mətanət Əzizovanın qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanda Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən məhkəmənin qərarı əsasında axtarış aparılıb. Mənzildən iş üçün əhəmiyyət kəsb edən sənədlər və elektron daşıyıcıları aşkar edilərək maddi sübut kimi götürülüb.  ANN.Az 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol