• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlər Eynulla Fətullayevlə Zaur Rəsulzadə davaya ÇIXDILAR

Jurnalistlər Eynulla Fətullayevlə Zaur Rəsulzadə davaya ÇIXDILAR
05.01.2022 11:58
"Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev keçmiş əməkdaşı Zaur Rəsulzadəyə qarşı sərt ittihamla çıxış edib.

O özünün sosial şəbəkə hesabındakı açıqlamasında 2 il əvvələdək "Haqqın.az”da siyasət şöbəsinin müdiri olmuş Zaur Rəsuladənin yazı yaza bilmədiyini iddia edib:

"Əvvəllər, bir əməkdaşım var idi. Özü jurnalist kimi çalışsa da, imzası mənə və redaksiyamızda çalışan Natella Rüstəmovaya məxsus idi. Yəni cisim kimi redaksiyada saxlayırdım, ölü can kimi... Bəs nə edim? Redaksiyanı tam olaraq xarici müəlliflərdən formalaşdıra bilmərəm axı... Dedim, heç olmasa 1-2 dənə də azərbaycanlı cisim - ölü can kimi olsa da, redaksiyada yaşasın. Sonra bu cisim getdi özünə sayt açdı. Sayt 1 ilə yaxındır ki, fəaliyyət göstərsə də, fəqət bu cisim saytında 1 dənə də olsun yazı yazmayıb. Çünki bədbəxt yaza bilmir. Bugünlərdə cisimə tapşırıq veriblər ki, əleyhimə məqalə yazsın. Başqa müəllifə müraciət edib. Çünki yaza bilmir... Əslində, o birisi də yaza bilmir, cızmaqaradır.


Bu gündən mənə məxsus olan Zaur Rəsulzadə imzasını bərpa edirəm. Ad cisimə məxsus olsa da, imza mənimdir. Bu imza altında 100-lərlə məqalə yazmışam... Cisim etiraz etsə, bir təklifim var. 5 saat vaxt verirəm ona, yanımda, müşahidəm altında heç olmasa 3 min işarəlik bir məqalə yazsın. Yaza bilsə, ona dərhal 10 min dollar qonorar verirəm. Necədir? Şahidlik etmək istəyən varmı? 
İndi isə bir imzamı özümə qaytardım".


Eynulla Fətullayevin ittihamlarını rədd edən Zaur Rəsulzadə isə (o hazırda "Korrespondent.az” saytına rəhbərlik edir-red.) onun yalan danışdığını bildirib:




"Eynulla Fətullayevə başqa heç nə cavab verməyəcəyəm, onu yaxşı tanıyıram, ona görə də Allah hökm verəcək... dostu Telman İsmayılovun dediyi kimi, Azərbaycan atalar sözləri ilə yaşamaq lazımdır...


Açaram sandığı, tökərəm pambığı...”.


"Haqqin.az” saytı ilə artıq 2 ildir heç bir əlaqəsinin olmadığını deyən Z.Rəsulzadə keçmiş baş redaktoruna xəbərdarlıq ünvanlayıb və deyib ki, orada "Zaur Rəsulzadə” imzası ilı yazı dərc olunca, məhkəməyə müraciət edə bilər:
 


"Mən bütün yazılarımı həmişə Zaur Rəsulzadə və "Alxas İsmayılov” təxəllüsü ilə imzalamışam, bundan sonra "Haqqin.az" saytında bu adlarla yazılar çıxsa, məhkəməyə vermək hüququmu özümdə saxlayıram...”.


Qeyd edək ki, 2020-ci ildə ölkə başçısının sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarına fəxri adlar verilərkən "Haqqın.az” saytının iki əməkdaşı da siyahıda olub. Belə ki, dövlət başçısının sərəncamı ilə saytın baş redaktoru Eynulla Fətullayevə və siyasət şəbəsinin müdiri Zaur Rəsulzadəyə "Əməkdar jurnalist” fəxri adı verilib.(modern)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol