• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstanda xüsusi antiterror əməliyyatı keçirilir

Qazaxıstanda xüsusi antiterror əməliyyatı keçirilir
06.01.2022 11:08
Qazaxıstanın Almatı şəhərində Respublika meydanının iğtişaşçılardan təmizlənməsi məqsədilə xüsusi əməliyyat keçirilir, bu barədə məlumatı TASS yayıb.

Bildirilib ki, hakimiyyət şəhər sakinlərinə antiterror əməliyyatının keçirilməsi ilə bağlı SMS göndərir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə iğtişaş törədənlərin müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi üçün xüsusi istintaq qrupunun yaradılması barədə tapşırıq verib.
 
Qazaxıstanda etirazlar avtomobillərdə istifadə olunan sıxılmış qazının qiymətinin 60 təngədən (23 qəpik) 120 təngəyə (47 qəpik) qaldırılması ilə başladı. 

Bununla bağlı ilk etiraz mitinqləri yanvarın 2-də neft sənayesinin cəmləşdiyi Manqistau bölgəsində keçirildi. Yanvarın 4-də hökumət vəd etdi ki, etirazçıların tələbləri yerinə yetirilərək, qazın qiyməti əvvəlkindən də aşağı – 50 təngəyə (20 qəpik) salınacaq. Lakin bu qərar mitinqləri azaltması əksinə, etirazlar genişlənməyə və ölkənin digər yerlərinə də yayılmağa, siyasi xarakter almağa başladı. Hökumətin istefası və əvvəllər məhkum edilən bəzi şəxslərin buraxılması tələbləri irəli sürüldü. Yanvarın 4-də ölkənin böyük şəhərlərindən olan Almatıda artıq siyasi tələblərlə qanunsuz aksiyalar keçirildi və polislə toqquşma yaşandı. Aksiyalar davam edir. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol