Tanınmış kriminal avtoritet etirazçılar arasında - VİDEO

Kriminal aləmdə "Arman Dikiy” kimi tanınan avtoritet Arman Cumageldiyev Qazaxıstana uçaraq etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluq və iğtişaşları dayandırmağı xahiş edib.
www.anews.az
Bu barədə Almatı küçələrində çıxışında bildirib.
"Arman Dikiy” insanları dinc aksiyalara çağırıb.
Onun sözlərinə görə, iğtişaşlar zamanı insanlar ölür, talançılar iş başına keçir, lakin qazax etirazçılar hakimiyyətə öz tələb və iddialarını bildirmirlər.
Etirazçılar arasında araq və narkotik paylayan təxribatçılar var, küçələrdə insanlar qumbaraatan və odlu silahlarla silahlanıb:
"Bu mitinqdir? Bu xaos, anarxiyadır!”
Arman Cumageldiyev hazırda Türkiyədə yaşayır. O, avqustun 20-də Antalyada güllələnən "Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifovun ən yaxın dostlarından sayılırdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























