• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il dünyada 55 jurnalist öldürülüb

Ötən il dünyada 55 jurnalist öldürülüb
07.01.2022 12:27
"Ötən il dünyada 55 jurnalist və media işçisi öldürülüb”.
 
Bunu UNESKO-nun baş direktoru Odre Azule deyib.
 
O bildirib ki, 2021-ci ildə xeyli sayda jurnalistə həqiqəti üzə çıxarmaq baha başa gəlib: "İndi dünyanın hər zamankından daha çox obyektiv xəbərə ehtiyacı var. Biz bu işi görənlərin qorxmadan işləmələri üçün daha çox çalışmalıyıq. Əvvəlki illərdə olduğu kimi, 2021-ci ildə də jurnalistlər etiraz aksiyalarından reportajlar hazırlayarkən fiziki təzyiqlərə, həbslərə və hədə-qorxulara məruz qalıblar”.
 
Baş direktor diqqətə çatdırıb ki, UNESKO-nun hesablamalarına görə, ötən il qadın jurnalistlərin təxminən dörddə üçü onlayn təzyiqlərlə üzləşiblər. 2021-ci ildə öldürülən qadın jurnalistlərin üçdə ikisi müharibə olmayan ölkələrdə qətlə yetiriliblər.
O.Azulenin sözlərinə görə, ötən il jurnalist qətli ən çox Asiya-Sakit okean regionunda (23) və Latın Amerikası, Karib hövzəsində(14) baş verib.
 
"BMT-nin məlumatına görə 2006-cı ildən bəri dünyada hər 10 jurnalist qətlindən 9-nun üstü hələ də açılmayıb”, - baş direktor vurğulayıb.
 
UNESKO-nun bütün dünyada jurnalistlərin ifadə azadlığını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mandatı var.
 
Hər dəfə hansısa jurnalist və ya media mütəxəssisi öldürüləndə agentlik hakimiyyəti sistemli şəkildə araşdırma aparmağa çağırır.
 
UNESKO, həmçinin jurnalistlər və məhkəmə orqanları üçün treninqlər keçirir. Eyni zamanda, qurum hər il 3 May- Beynəlxalq Mətbuat Azadlığı Günü ilə bağlı tədbirlər təşkil edir.
 
Ötən il dünyada qətlə yetirilən media nümayəndələrindən ikisi azərbaycanlı jurnalistlərdir. Onlar erməni terrorunun qurbanı olublar. Belə ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan "KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri M.İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol