• $
  • €
  • ₽
  • ₺
  • £

“Nargindəki əsgərlərimiz Azərbaycan türkləri sayəsində həyatda qalıblar” - Hulusi Akar

“Nargindəki əsgərlərimiz Azərbaycan türkləri sayəsində həyatda qalıblar” - Hulusi Akar
09.01.2022 18:30
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatında həlak olanların anım mərasimində çıxış edib.

"Qafqazinfo” xəbər verir ki, nazir çıxışında Azərbaycanın dəstəyindən söz açıb.

"Sarıqamış şəhidlərini yad etdiyimiz bu gündə Qafqaz cəbhəsində əsir düşən əsgərlərimizə Nargin adasında saxlanıldıqları zaman yardım əlini uzadan azərbaycanlı qardaşlarımıza minnətdarıq.
Nargindəki əsir düşərgəsində son dərəcə çətin şəraitdə həyat mübarizəsi aparan əsgərlərimiz Azərbaycan türklərinin yardımları sayəsində rahat nəfəs alıblar, həyatda qalıblar.

Tarixi prosesdə yaşanan fəlakətləri və çətinliklərə azərbaycanlı qardaşlarımızla necə bərabər sinə gərmişiksə, bundan sonra da "iki dövlət, bir millət” anlayışı ilə kədərdə və qürurda bərabər olmağa davam edəcəyik”, - H.Akar qeyd edib.

Nazir onu da əlavə edib ki, Türkiyə Azərbaycan və Liviya başda olmaqla, dost, qardaş və müttəfiq ölkələri dəstəkləyərək, NATO, BMT, Aİ və ATƏT missiyaları ilə birlikdə Qətər, Somali, Bosniya və Herseqovina və bir çox başqa coğrafiyalarda dünyada sülhə töhfə verir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol