• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il 50-dən çox e-xidmət istifadəyə veriləcək

Bu il 50-dən çox e-xidmət istifadəyə veriləcək
09.01.2022 19:00
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üzrə 173 xidmətdən 105-i e-platforma üzərindən, o cümlədən 44-ü proaktiv qaydada göstərilir. Bu il isə nazirlik daha 50-dən çox e-xidməti istifadəyə verəcək.

ƏƏSMN-dən Anews.az-a verilən məlumata görə, bu barədə nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyəti və gələcək hədəflərinə həsr olunmuş iclasda məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkədə əmək, məşğulluq, sosial təminat, sosial xidmət, əlillik, reabilitasiya, övladlığagötürmə və s. sahələrdə e-texnologiyaların tətbiqi geniş miqyas alıb.

Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılması da bu sahədə işlərin operativ və sürətli görülməsi, genişləndirilməsi, rəqəmsal həllərin artırılması məqsədi daşıyır.
İclasda qeyd edilib ki, dövlətimizin başçısının 2018-ci il 5 sentyabr tarixli Fərmanı ilə yaradılan "e-sosial.az” portalına 2021-ci ildə 9 milyon 452 min, nazirliyin e-xidmətlərinə 15 milyon 212 min müraciət qeydə alınıb. Eyni zamanda, proaktiv xidmətlər vasitəsilə 190 minə yaxın təyinat həyata keçirilib.

Son üç ildə nazirliyin 30-dək e-arayış xidmətli yaradılıb. Ötən il həmin xidmətlər vasitəsilə 570 minə yaxın e-arayış verilib. Hazırda nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən keçən il nazirliyin informasiya bazalarına edilən sorğuların sayı 139 milyon olub.
Əmək münasibətlərinin rəsmi qeydiyyatı "Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən aparılır. Son illərdə qurulan "Məşğulluq” altsistemi vasitəsilə məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyi, əlçatanlığı və effektivliyi təmin edilir.

Hazırda "Əmək münasibətləri və məşğulluq” altsistemi də yaradılır. Bu da bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini vahid e-platformada əhatə edəcək. Həmçinin e-DOST platforması, "BACAR” virtual informasiya resursu, "Elektron əmək birjası və yarmarkası” sistemi, "İctimai işlər portalı” və s. də hazırlanır.
 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol