• $
  • €
  • ₽
  • ₺
  • £

DTX sosial şəbəkə hesabları ilə bağlı MƏLUMAT YAYDI

DTX  sosial şəbəkə hesabları ilə bağlı MƏLUMAT YAYDI
10.01.2022 10:51
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq edib.

Anews.az xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

"Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədir. Belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb olur və nəticədə həmin sosial şəbəkə resurslarında yerləşdirilən materialların DTX tərəfindən yayımlanması kimi başa düşülür.

Qeyd etmək istərdik ki, DTX-nin rəsmi internet saytı olan "https://www.dtx.gov.az/az/” və "Facebook”, "Twitter”, "İnstagram”, "Youtube” sosial şəbəkələrində müvafiq olaraq "https://www.facebook.com/DTXAzerbaijan”, "https://twitter.com/DTX_Azerbaijan”, "https://www.instagram.com/azerbaijandtx/”, "https://www.youtube.com/c/DTXofficialchannel/” səhifə və kanalları fəaliyyət göstərir və DTX-yə aid məlumatlar yalnız bu mənbələrdə yerləşdirilir. Həmçinin xüsusi vurğulayırıq ki, DTX-nin sosial şəbəkələrdəki rəsmi səhifələri "Facebook”, "Twitter”, "İnstagram” və "Youtube” administrasiyaları tərəfindən verilmiş və bu resursların rəsmiliyini təsdiq edən qeydiyyat nişanına sahibdir.

Bununla yanaşı bildiririk ki, sosial şəbəkələrdə DTX-nin rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil.

Vətəndaşlarımızın və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nin fəaliyyəti barədə məlumatlar yalnız yuxarıda qeyd olunan DTX-nin rəsmi internet resurslarından əldə olunmalıdır", - məlumatda qeyd edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol