• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda saxta əlillik dərəcəsi verən həkimlərə cinayət işi açılıb

Bakıda saxta əlillik dərəcəsi verən həkimlərə cinayət işi açılıb
13.01.2022 09:55
Vətəndaşlara əlillik dərəcələrinin verilməsi prosedurunu saxtalaşdıran komissiya üzvlərinin qanunsuz əməlləri ifşa edilib.

Anews.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. 2021-ci il ərzində müxtəlif tibb müəssisələrinin həkim məsləhət komissiyalarının üzvləri tərəfindən ayrı-ayrı şəxslərə müvafiq əlillik dərəcələrinin verilməsi məqsədi ilə təyin edilmiş diaqnozların saxtalaşdırılması faktları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işlərinin ibtidai istintaqı yekunlaşıb.

Həmin işlər üzrə aparılan istintaqla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-in 15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvləri Mehparə Məmmədova və Könül Sultanovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fəaliyyət göstərdikləri Komissiyaya müraciət edən şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə onların xəstəlikləri barədə məlumatları bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada rəsmi elektron informasiya resursuna daxil etmələrinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən olunub. Hər iki vəzifəli şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işləri aidiyyəti üzrə məhkəməyə göndərilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol