• $
  • €
  • ₽
  • ₺
  • £

Abşeronda polislər qəzaya düşüb - YENİLƏNİB

Abşeronda polislər qəzaya düşüb - YENİLƏNİB
20.01.2022 10:08
Abşeronun Masazır qəsəbəsində baş verən qəzada xəsarət alanların polis serjantları olduğu məlum olub. 
 

Xəsarət alan  Rza Məmmədov və Elmir Həsənli hər ikisi Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarıdır.
 
****
 
Abşeronun Masazır qəsəbəsində avtomobil qəzası baş verib.
 
Hadisə Əliağa Vahid küçəsində baş verib. Rza Məmmədov idarə etdiyi "Toyota” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olub. O, sükana nəzarəti itirərək nəqliyyat vasitəsini əvvəlcə rabitə qovşağına, daha sonra işıqfora çırpıb. İşıqfor və rabitə qovşağı sıradan çıxaraq yararsız hala düşüb.İdarəetmədən çıxan avtomobil isə aşıb. Qəza nəticəsində sürücü R.Məmmədov və sərnişin Elmir Həsənli ağır xəsarət alaraq avtomobilin salonunda sıxışıb qalıb. Əraziyə gələn FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hər iki yaralını xüsusi texnika ilə salondan çıxararaq Təcili Tibbi Yardım Xidmətinə təhvil verib. Rza Məmmədovun çiyni sınıb, Elmir Həsənlidə  aldığı zərbələrdən daxili qanaxma olub.

Faktla bağlı araşdırma aparılır.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol