Blinkenlə Lavrovun görüşü başa çatıb - YENİLƏNİB

İsveçrənin Cenevrə şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başa çatıb.
Danışıqlar 1,5 saat davam edib.
ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.
Görüş İsveçrənin Cenevrə şəhərində keçirilir.
Bildirilib ki, görüş bir neçə saat davam edəcək.
Bunun ardından isə onların İsveçrə Prezidenti və xarici işlər naziri İqnasio Kassislə görüşü planlaşdırılıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























