• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyevə dörd sual... - Aqşin Kərimov

Ramiz Mehdiyevə dörd sual... - Aqşin Kərimov
21.01.2022 17:25
Yazının məzmunu heç də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin portretini cızmaq məqsədi daşımır. Sadəcə bunu demədən mövzuya keçid etməyi yarımçıq yanaşma kimi qəbul edirik. Bəs demək istədiyimiz nədir?


84 yaşının astanasında olan Ramiz Mehdiyevi demək olar ki, gülən görməmişik, daxilindəki hökmranlıq və qarşı tərəf üzərində psixoloji üstünlük nümayiş etdirmək əzmini akademikin üz cizgilərində oxumaq olur.


Ramiz müəllim hələ Prezident Administrasiyasının rəhbəri olarkən haqqında xeyli təriflər yağdırılırdı, onu tənqid etmək isə hər kəsin cəsarəti deyildi, o da başqa məsələ ki, tərifi həyat tərzi seçənlər nədənsə Ramiz müəllim vəzifəsini itirdikdən sonra susqunluğa qərq oldular.


Bu təriflər də Ramiz müəllimin xasiyyətindən doğurdu, yəni Ramiz müəllim "məni tərifləyin” tezisini diktəedici şəkildə onun təsir dairəsində olan adamların diqqətinə həkk edirdi.


Hər nəysə, bunlar olub-keçib, nə təqsirkar axtarırıq, nə də ki günahkar (onsuz da günah dini motivlidir, mənəvidir).


Ramiz müəllim AMEA prezidenti vəzifəsinə gəldikdən sonra bu elmi qurumda onsuz da əvvəldən mövcud olan çatlar daha da genişləndi, bu çatları suvamaq cəhdləri isə hədər getdi.


Elə belə də olmalı idi, axı Ramiz müəllim hələ əvvəlki yüksək vəzifəsində olarkən AMEA-nı öz ideyaları ilə "mühasirəyə” almışdı.


İndi də mətbuat səhifələri elə hey AMEA-da hansısa özbaşınalıq, aqressiv hökmranlıq barədə yazılar tirajlayır, akademikin də adı bu məqalələrdə çəkilir.


AMEA ilə işləyən jurnalistlərdən deyiləm, amma məcburən yanvarın 19-dan etibarən xəbər məkanını çalxalayan bir məlumat məni də problemin motivinə dair axtarışlara sövq etdi.


Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov vəzifəsindən istefa verdiyini deyincə, bu cəmiyyətin fəal fikir mübadiləsi aparan platformasında şok effekti yaratdı.


Kərim müəllim deyir ki, istefa verməsinə səbəb Ramiz Mehdiyevin Rəyasət Heyətinin iclasında onun haqqında xoşagəlməz, hətta hüquqi baxımdan ziddiyyətli sözlər işlətməsi olub.


Ramiz Mehdiyevin həmin iclasda bütün çılpaqlığı ilə nə dediyinə dair sözbəsöz bütün sitatlar olmasa da, AMEA-nın cilalanmış məlumatına diqqət yetirməklə aydın təsəvvür yaranar.


Ramiz müəllimin iclasdakı çıxışından sitat (AMEA-nın məlumatından): "Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən miras qalmış mənasız intriqaların nəticəsidir. Bu müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu hallar qarşısında qətiyyətsizliyi məni narahat edir. İnstitut rəhbərliyini bu məsələlərə dair ortaya qətiyyət və iradə qoymağa çağırır, məsələləri həll etməsi ilə bağlı ciddi xəbərdarlıq edirəm”.


Ramiz müəllim, bəzi suallar yaranır ki, bunu səsləndirmək vacibdir. Qeyd etdiyimiz kimi, AMEA-da rəhbər olmamışdan öncə də, burada sizin iradənizə tabe etdirilən alimlər olub.


Birinci sual: Dediyiniz mənfi ənənələrin formalaşmasından sizin rolunuz varmı?


İkinci sual: Siz Tarix İnstitutunun keçmiş direktorunu, bir az dəqiq desək Yaqub Mahmudovu ittiham edirsiniz. Bəs onun hər hansı əməlindən xəbərdar idinizsə, cənab Mahmudovu niyə özünüzə müşavir təyin etmisiniz?


Üçüncü sual: Kərim Şükürov deyir ki, o, xəstə olarkən səlahiyyəti vitse-prezidentə verilib. Bu isə təbii ki, sizin qərarınızdır. Ola bilərmi ki, siz həmin vitse-prezident vasitəsilə Kərim Şükürovu öz iradənizə tamamilə tabe etdirmək istəmək məqsədi güdmüsünüz?


Suallara bilmirik hansı cavablar veriləcək. Ancaq bildiyimiz budur:


Qəribədir, elmi qurum sırf elmi mübahisələri dərinləşdirən, kəşfləri müzakirənin mərkəzi gətirən platforma səviyyəsindən çıxaraq "dava” məkanına çevrilib. Daha doğrusu bu, çoxdan belə idi.


Buradan dördüncü sual yaranır: Belə bir qurum kimə və niyə lazımdır?


Aqşin Kərimov



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol