• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ötən il qeydə alınan cinayət hadislərinin sayı açıqlanıb

Bakıda ötən il qeydə alınan cinayət hadislərinin sayı açıqlanıb
22.01.2022 12:46
Bakıda ötən il 12 mindən çox cinayət hadisəsi qeydə alınıb.

Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində ötən il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cəmi 12 761 törədilmiş cinayət hadisəsinin qeydiyyata alındığı bildirilib.

Ötən illə müqayisədə 2 252 hadisə, yəni 21,4% artım müşahidə edilib. Ötən il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərin sayının artması müşahidə olunur. Belə ki, 2021-ci il ərzində böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə, yaxud 4,1% artaraq 27 92 hadisə olub, az ağır cinayətlərin sayı 1230 hadisə, yaxud 19,3% artaraq 7 608 hadisə olub, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə, yaxud 62,9% artaraq 2361 hadisə olub".

Keçən il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cinayətlərin açılma göstəricisi 86.3% olub. Bu ötən illə müqayisədə 5,4% artıb. Bakı şəhəri ərazisində qeydə alınan 50 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılması təmin edilib. Qəsdən adam öldürmə cinayətlərinin sayı 2020-ci illə müqayisədə 3 fakt artıb, qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı isə 5 fakt azalaraq 18 olub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərlə bağlı ötən il ərzində 1841 fakt (2,1 dəfə), satışla bağlı isə 750 fakt (2,1 dəfə) artım qeydə alınıb ki, artım faizlərinin bu qədər yüksək dinamikayla inkişafı çox narahatedici göstəricidir.







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol