• $
  • €
  • ₽
  • ₺
  • £

İki narkotacir və 4 narkokuryer saxlanıldı

İki narkotacir və 4 narkokuryer saxlanıldı
22.01.2022 16:09
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun "Kubinka”, "Papanin”, həmçinin digər ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər tutulub.
 
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri əvvəllər məhkum olunmuş Rəvan İbrahimov və Ramal Rəcəbov saxlanılıblar. Onlardan ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunub.
 
Rəvan İbrahimov və Ramal Rəcəbovun ətraflarında aparılan araşdırmalar zamanı onların paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirdikləri və bu məqsədlə ətraflarına narkokueyerlər cəlb etdikləri müəyyən edilib. İdarə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkokuryerliyə cəlb olunan daha 4 nəfər - Ramil Bayramov, Kamran Əliyev, Anar Əliyev və Rauf Cavadov da saxlanılaraq istintaqa təqdim ediliblər. Bu şəxslər Rəvan İbrahimov və Ramal Rəcəbov tərəfindən narkokuryerliyə cəlb edikdiklərini etiraf ediblər.Saxlanılanların hər biri barəsində Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
 
Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol