• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ərazidə yenidənqurma işləri aparılıb - Video

Bu ərazidə yenidənqurma işləri aparılıb - Video
24.01.2022 10:03
Nizamsız nəqliyyat şəraiti, pərakəndə parklanma və piyadaların rahat hərəkəti üçün əlverişsiz vəziyyətin müşahidə edildiyi Nərimanov rayonunun Əlicabbar Orucəliyev küçəsində yenidənqurma işləri aparılıb.
 
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
 
Burada yolun zəif buraxıcılıq qabiliyyəti, yol nişanlarının çatışmazlığı, nişanlanma xətlərinin olmaması davamlı nəqliyyat axınına ciddi maneələr yaradırdı. Kompleks təhlillərə əsaslanan layihə  Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən icra edilib.
Heydər Əliyev prospektindən Təbriz küçəsi istiqamətində sıxlığın və nizamsızlığın aradan qaldırılması üçün hərəkət birtərəfli təşkil edilib.
 
7 məntəqədə nizamlanmayan eyni səviyyəli piyada keçidləri, 120 avtomobil üçün parklanma yerləri təşkil edilib, səkilərin bəzi hissələrində genişləndirmə işləri aparılıb, müvafiq yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib.
 
Nəticədə küçənin buraxıcılıq qabiliyyəti artıb, parklanma şəraiti tənzimlənib, əlçatanlıq səviyyəsi artıb, piyadaların təhlükəsizliyi və rahatlığı təmin olunub.
"Sürücülərdən yol hərəkəti qaydalarına riayət etməyi, Təbriz küçəsindən Heydər Əliyev prospektinə yönəlmək istəyərkən İzzədin Həsənoğlu, Aşıq Molla Cümə, Mirzəbala Əhmədzadə, Ağa Nemətulla kimi digər alternativ küçələrdən istifadə etməyi tövsiyə edirik”, - BNA-nın məlumatında deyilir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol