• $
  • €
  • ₽
  • ₺
  • £

Tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyatların sayı açıqlanıb

Tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyatların sayı açıqlanıb
24.01.2022 13:41
2021-ci ilin yanvar-noyabrı ərzində ölkə üzrə 19 156 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 541 nəfərini uşaqlar təşkil etmişdir. 
 
Bunu "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinə dair 2021-ci il üzrə ilkin nəticələr" mövzusunda keçirilən mətbuat konfransında deyilib.
 
Belə ki, 18 yaşdan yuxarı 7 153 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib.
 
Ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 5 700, oftalmologiya üzrə 3 277, urologiya üzrə 1 356, nevrologiya/neyrocərrahiyyə üzrə 726, travmatologiya üzrə 425, LOR üzrə 228, digər sahələr üzrə 175, ümumi cərrahiyə üzrə 81, ginekologiya və doğuş üzrə 35 nəfər əməliyyat olunub.
 
Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 249 nəfər 18 yaşdan aşağı şəxslərdir. Nəzərə çatdırırıq ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol