• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu tarixdən hava kəskin dəyişəcək -QAR YAĞACAQ

Azərbaycanda bu tarixdən hava kəskin dəyişəcək -QAR YAĞACAQ
25.01.2022 12:51
"Yanvarın 26-dan 27-nə keçən gecədən başlayaraq əvvəlcə Naxçıvan Muxtar Respublikasında, yəni ölkənin qərb rayonlarında hava şəraiti yağıntılı olacaq, qar yağacaq”.


Bunu Anews.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Türkiyədəki qarlı havanın Azərbaycana təsiri barədə danışarkən deyib.


O qeyd edib ki, Azərbaycanda yanvarın 26-da hava şəraitinin nisbətən mülayim keçməsi gözlənilir: "Əksər rayonlarda axşamadək hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq. Lakin yanvarın 27-də gün ərzində və 28-nə keçən gecə respublikanın ayrı-ayrı rayonlarında havanın yağıntılı keçməsi, su qar yağması gözlənilir. Dağlıq və dağətəyi rayonlarda qar yağacaq və bir qədər intensivləşəcək”.


U.Tağıyevanın sözlərinə görə, Türkiyə ilə müqayisədə hava şəraiti Azərbaycanda daha yumşaq formada özünü göstərəcək: "Yanvarın 27-si günün ikinci yarısında axşama doğru rayonlarda və paytaxtda şimal-qərb küləyinin güclənməsi gözlənilir. Küləyin ani maksimal sürəti 15-20 olacaq, arabir 23-25 m/s-dək olacaq. Yanvarın 28-də gündüz saatlarında külək mülayimləşəcək. Yağıntıların kəsilməsi isə yanvarın 28-i axşama doğru gözlənilir. Sonrakı iki-üç gün ərzində hava şəraiti sabit, mülayim və əsasən yağmursuz keçəcək”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol