• $
  • €
  • ₽
  • ₺
  • £

"Pfizer" Omicrona qarşı peyvəndin klinik sınaqlarına başlayır

"Pfizer" Omicrona qarşı peyvəndin klinik sınaqlarına başlayır
25.01.2022 16:51
"Pfizer"-"BioNTech" COVID-19-un Omicron ştamına qarşı hazırladığı peyvəndin klinik sınaqlarına başlayır, bu barədə "Pfizer"in saytında məlumat verilib.

Klinik sınaqlarda 18-55 yaş arası 1420-yə qədər sağlam şəxs iştirak edəcək. Tədqiqat nəticəsində peyvəndin təhlükəsizliyi, davamlılığı və immun reaksiya səviyyəsi öyrəniləcək.

Tədqiqat üç qrupa bölünür:

Birinci qrupdakı iştirakçılar tədqiqatdan ən azı 90-180 gün əvvəl hazırkı "Pfizer" COVID-19 peyvəndinin iki dozasını qəbul etmiş şəxslərdir. Onlara Omicron ştamına qarşı hazırlanmış spesifik peyvəndin bir və ya iki dozası vurulacaq.

İkinci qrupdakı iştirakçılar tədqiqatdan ən azı 90-180 gün əvvəl hazırkı "Pfizer" peyvəndinin üç dozasını qəbul ediblər. Onlara cari "Pfizer" peyvəndin və ya Omicron ştamına qarşı peyvəndin bir dozası vurulacaq.

Üçüncü qrup iştirakçılar COVID-19 peyvəndi vurdurmayıblar. Onlar Omicron ştamına qarşı peyvəndin üç dozasını alacaqlar.

Yeni ştama qarşı peyvənd 30 mikroqramlıq dozada (hazırkı peyvəndlə eyni doza) əzələyə inyeksiya olunacaq.(apa)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol