• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük maraqla izlənilən “Azercell Hackathon 2022” yarışması başa çatdı!

Böyük maraqla izlənilən “Azercell Hackathon 2022” yarışması başa çatdı!
27.01.2022 10:36
"Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "Azercell Hackathon 2022" yarışması 25 yanvar tarixində başa çatıb. "Hackathon”da müxtəlif bacarıqlara malik, innovativ düşüncəli və potensiallı gənclər təqdim edilən texnoloji  tapşırıqların ən uğurlu həllinin tapılması istiqamətində yarışıblar. "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini əsas tutan Azercell Telekom müsabiqə vasitəsilə proqramçı gənclərin rəqabət şəraitində biliklərini yoxlamasına, özünü tanıtmasına, müxtəlif proqram, innovativ məhsul və xidmətlərin meydana gəlməsinə şərait yaradır.

22-23 yanvar tarixlərində keçirilən "Azercell Hackathon 2022” müsabiqəsində 36 nəfərdən ibarət 12 komanda iştirak edib. Tədbirin açılışından sonra komandalar onlara verilən tapşırıqlar üzərində işləməyə başlayıblar. "Hackathon”boyunca iştirakçılara Azercell-in peşəkar İnformasiya Texnologiyaları və İnsan Kapitalı komandaları dəstək olub. 

Qeyd edək ki, bu yarışmada iştirak üçün 30-dan çox komanda müraciət edib, ilkin mərhələdə onlardan 12-si seçimdən uğurla keçərək müsabiqəyə vəsiqə qazanıb. 23 yanvar tarixində müsabiqəyə ayrılan vaxtın sonunda iştirakçılar tapşırıqlara uyğun hazırladıqları texnoloji həlli təqdim ediblər.

Yarışmanın yekun mərhələsi yanvarın 25-də ADA Universitetində baş tutub. Final zamanı iştirakçı komandalar yekun təqdimatları ilə münsiflər qarşısında çıxış ediblər. Tapşırıqları tələb olunan meyarlara uyğun şəkildə və ən yüksək nəticə ilə yerinə yetirən komandalar qalib elan olunublar.

Nəticələrə əsasən "Azercell Hackathon 2022” yarışmasında 1-ci yerə "Enigma”, 2-ci yerə "Fayda”,  3-cü yeriə isə "Code Geass” komandası layiq görülüb. Qaliblərə tutduqları yerlərə müvafiq olaraq 3000 AZN, 1500 AZN dəyərində pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub.
 
Mükafatlandırma tədbirində təşkilati dəstəyi ADA Universiteti göstərib. 

"Azercell Telekom "MMC qalibləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır. Şirkət gənclərin elmə, təhsilə, innovativ yanaşmaya, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsinə hər zaman xüsusi önəm verir və  bu istiqamətdə təşəbbüs və layihələri davam etdirəcək. 







www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol