Azərbaycanda təcili tibbi yardım maşını qəzaya düşdü

Gəncədə təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobili "KIA Sorento” markalı minik maşını ilə toqquşub.
Daha sonra təcili yardım avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb. Xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
İlkin ehtimala görə, qəzaya səbəb avtomobillərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur