• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid zabitlə vida mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB

Şəhid zabitlə vida mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
01.02.2022 15:45
Fuad Bağırov Şirvan şəhər Şəhidlər xiyabanında dəfn edilib. 
-------- 
Azərbaycan Ordusunun Kəlbəcərdə çovğun nəticəsində itkin düşərək həlak olan baş leytenantı Bağırov Fuad Allahverdi oğlu ilə Şirvan şəhərində vida mərasimi keçirilir.

Zabitin nəşi Şirvanda yaşadığı evə gətirilib.

Vida mərasimində hərbçinin yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri və hərbçilər iştirak edir.

Fuad Allahverdi oğlu Bağırov 1991-ci ildə Şirvan şəhərində doğulub. Ailəli olub, 2 övladı var.

Kəlbəcər rayonunun Alagöllər səhəsində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı Azərbaycan ordusunun dörd hərbi qulluqçusu - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu xidməti tapşırığını yerinə yetirən zaman ərazidə istiqaməti itirərək azıb.

Hərbi qulluqçularımızın tapılması məqsədilə şəxsi heyətin və xüsusi texnikanın cəlb olunması ilə keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C. Hüseynov, əsgər M. Hüseynov və əsgər Y. Kərimov tapılıb. Onlar hazırda Bakıda hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.

Yanvarın 31-i günorta saatlarında isə baş leytenant Fuad Bağırovun nəşi tapılıb.

Müdafiə Nazirliyindən qanunvericiliyə uyğun olaraq xidmət zamanı həlak olmuş Bağırov Fuad Allahverdi oğluna şəhid statusunun veriləcəyi açıqlanıb.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol